URBAN STORE XƏBƏRLƏR VIDEO FOTO GRAFFITI
FORUM POSTER MP3 WALLPAPER GRAFFITI FONT
AZBBOYS OXU ZALI KİNO MOBIL SOFT
RSS LOL GAME OVER FREE E-MAIL CONTACTS

Banners | Sponsoring | Azbboys FILE Hosting | Make START page | Favorites   



23.04.2024 14:30 Вторник


» 2006 » Сентябрь » 28 » TOUCH the SKY



Bizimle semaya toxunmağa çalış! Bakıda ilk defe Britaniyanın meşhur Darftphunk grupu ve MC TALI hemçinin skeytbord ve graffiti şousu. Gel, bizim maraqlı ve canlı şouya qoşul!
Vaxt: 29 sentyabr 2006, saat 19:00-da
Mekan: Denizkenarı Milli Park


Достучись до небес вместе с нами!!! Впервые в Баку Британская группа Darftphunkи MC TALI а также, Соревнования по Скейтборду и Graffiti шоу.
Время: 29 сентября 2006, 19:00
Место: Бульвар

British Council (Британский Совет) в Азербайджане начинает новый проект – Touch The Sky («Коснись неба»). Как сообщили «Тренду» в Британском совете, в связи с этим в Баку пройдет ряд мероприятий.

С 26-28 сентября 3 известных скейбордиста популярной британской фирмы Blueprint проведут тренинги для местной молодежи. Hил Честер, Колин Кенеди и Пол Шиер для ознакомления с историческим и современным Баку будут кататься на скейборде по разным уголкам столицы.

27-28 сентября представители граффити Кид Акне и Бойд Хил проведут тренинги для местных мастеров граффити. 28 сентября MC Tali и DJLD EXC?TE озвучат самую популярную клубную музыку Британии. 29 сентября в Hациональном парке пройдет заключительное шоу с участием известной британской группы Darftphunk, а так же исполнителем в жанре hiphop и soul MC Tali и DJ LD



Treninqlər
Azərbaycanda ilk dəfə, Britaniyanın məhşur “Blueprint” skeytbord şirkətinin nümayəndələri Nil Çester, Kolin Kenedi və Pol Şier yerli gənc skeytbordçular üçün 26–28 sentyabr 2006-cı il tarixlərində 3 günlük trening keçirəcəklər. Britaniyalı skeytbordçular Bakı Roller Klubundan olan yerli gənclər grupu ilə birgə Bakının urban ərazilərində skeyt sürəcəklər.

26–28 sentyabr 2006-cı il tarixlərində tanınmış Britaniya qraffiti ustadları Kid Akne və Boyd Hil Britaniyanın ən son və mükəmməl qraffiti yeniliklərini təqdim etmək məqsədilə trening keçirəcəklər. Treninq zamanı qraffitini vasitə kimi istifadə edərək iştirakçıların Bakının urban sahələri üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bundan başqa, 21–24 Sentyabr 2006-cı il tarixlərində, rampa (skeytbordçuların skeyt sürdükləri xüsusi konstruksiyalar) tikilişi üzrə ustad Riçard Holand yerli skeytbordçularla birgə çalışaraq skeyt rampalarını inşa edəcək. İnşaat zamanı o həmçinin, yerli skeytbordçuların gələcəkdə müstəqil şəkildə işləmələrinə imkan yaradacaq, ramp tikilişi üzrə (nəzəri və praktiki) treninq keçirəcək.

Klub Gecəsi
28 sentyabr 2006-cı il tarixində MC Tali, DJLD ilə birgə, EXCİTE gecə klubunda Britaniyanın ən müasir klub musiqisini səsləndirəcək.

Dənizkənarı Milli Parkda Şou
Layihənin kulminasiyası olaraq 29 Sentyabr 2006-cı il saat 19:00-da Bakıya səfər edəcək Britaniyanın Durftphunk qrupu, eləcə də müasir hiphop və soul ifaçısı MC TALI və DJLD Dənizkənarı Milli Parkda çox enerjili və möhtəşəm şou nümayiş etdirmək məqsədilə Bakıya təşrif buyuracaqlar. Şou zamanı tamaşaçılar Bakıda ilk dəfə skeytbord və qraffiti şousuna baxmaq imkanı əldə edəcəklər! Konsert Space televiziyası tərəfindən canlı yayımlanacaqdır.

Bütün treninqlər Urban mədəniyyəti layihəsi çərçivəsində 2006-cı ilin Fevralında Britaniyalı VJ Kelly Badc tərəfindən təlim keçmiş Faiq Əhməd və Ceyhun Ocadov tərəfindən lentə alınacaq. Onların lentə alacaqları video gündəliklər və qisa metrajlı film 29 Sentyabr 2006-ci il tarixində keçiriləcək konsert zamanı ekranda nümayiş ediləcək. Göstərilən filmlər treninqlər zamanı yaşanan həyəcanı və dinamikanı tamaşaçılara yaşadacaq. Faiq və Ceyhun VJ-lik edərək konsertin daha da həyəcanlı keçməsi üçün onu vizual effektlərlə rəngləndirəcəklər.

Layihə Haqqında
“Touch The Sky” (“Səmaya Toxunaq”) Cənub-Şərqi Avropa regionunun 15 ölkəsini birləşdirən Urban Culture adlı global təşəbbüsümüzün bir hissəsidir və layihənin məqsədi gənclərə yaradıcı qabiliyyətlərinin inkişaf edilməsi üçün geniş imkanlar yaratmaq, İngiltərədən professional inkişaf və təhsil sahəsi üçün dəstək almaq, eləcə də onları milli mədəniyyət xüsusiyyətlərinin ifadə etdirmələri üçün platforma ilə təmin etməkdir. Layihənin digər məqsədi gənclərin Azərbaycanın urban sahələri və inkişaf edilməmiş sektoru - şəhər mədəniyyəti - barədə fikirlərinin ifadə edilməsinə imkan yaratmaqdır.

MC Tali (www.talimusic.co.uk) Britaniyada ən fəal qadın MC-si kimi tanınır. Bununla belə, Talinin istedadı müğənnilik və musiqi bəstələməyi özündə birləşdirir. Öz hip-hop və soul təcrübəsini istifadə edərək Tali hal-hazırda Britaniyanın ən qabaqcıl yeni urban müğənnilərindən biri olmaq yolunda irəliləyir.

Durftphunk (www.splankrecords.co.uk/darftphunk) qrupu təzə olmasına baxmayaraq breakbeat, elektronika və funk musiqisi sahəsində artıq yaxşı tanınmış qruplardandır. Qrup 2 DJ, vokalosit, zərbçi və saksafonçudan ibarətdir.

Blueprint Skateboards (www.blueprintskateboards.com) 1995-ci ildə Faze 7 Distribution tərəfindən Britaniyanın ilk skeytbord şirkəti kimi yaradılmışdır və hal-hazırda daha da irəliləyərək Avropa skeytbord şirkətlərinin arasında ön sıralarda yerini alıb.

Kid Acne (http://angryape.com/artists/k/kid-acne) İngiltərənin ən məşhur qraffiti ustadlarından biridir. O, bar interyerlərindən tutmuş skeytbord qrafiklərınə, pizza qutularından qadın paltarlarının dizaynınına qədər məşğul olur. Onun yaratdığı misilsiz qraffiti və illüstrasiyaları Nyü York, Melburn, Helsinki və başqa sərgilərdə nümayiş olunmuşdur. Əvvəlki müştərilərindən Levis, Volkswagen, Prada, Warp Records, Thames & Hudson, Robert Horne, XL Recordings və digərlərinin adlarını çəkmək olar.

Category: POSTERS | Views: 844 | Author: azbboys | Date:

All comments: 0

Only Registered users can Add Comments
[ Register | Enter ]

User:
User Group:
User IP:

Гость
Гости
18.191.240.243


Personal Message:
Unread PM:
 

 

Новые сообщения


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
и

 

 
Advert
 


 

URBAN VISION | URBAN STORE | URBAN MAGAZINE | AZBBOYS | VAGANZA WEAR

Bütüm şəkillər.

Əlavə et.


 

Blog - Son 10 Xəbər FORUM SON Mövzular Dostlar COMMENTS

 


 

   
Action.by
URBAN Magazine
Parkour In Baku
Dastreetz.az
HIPHOP.name
   
   
   
   
   
   
 

Add ur SITE



 


 
 
 © Copyright AZBBOYS 2000-2008 •  AZBBOYSVersion 8 [2008-2009] • Made in Azerbaijan • site by MAKHOR

Powered By HİP-HOP Power & Хостинг от uCoz